Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
05.07.2017İyulun 5-də saat 23 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini Rövşən Hacızadə idarə etdiyi "Daevoo" markalı avtomobili yolun kənarında dayanmış "Shacman" markalı yük avtomobilinə vurub. Nəticədə R.Hacızadə və sərnişinlərindən - qardaşı Üzeyir, paytaxt sakini Həsən Həsənov ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.