Xətai rayonu ərazisində bıçaqlanma baş verib
05.07.2017İyulun 5-də saat 3 radələrində Xətai rayonu ərazisində yaşayan Elçin Əliyevin mənzilinə gələn qohumu, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əsəd Abdullayev münaqişə zəminində ev sahibinə bıçaqla xəsarət yetirib. E.Əliyev bıçağı Ə.Abdullayevdən alıb sonuncuya qarın nahiyəsindən xəsarət yetirib.
E.Əliyev Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən tutulub.
Ə.Abdullayev xəstəxanaya yerləşdirilib.Araşdırma aparılır.