Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Mirzə İsmayılov tutulub
04.07.2017İyulun 4-də Nərimanov rayonu ərazisindəki restoranlardan birində, aşbaz işləyən qadına məxsus, içərisində 1200 manat pul, mobil telefon və sənəd olan çanta oğurlanıb.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mirzə İsmayılov tutulub. Ondan 0,264 qram heroin götürülüb.