Oğurluq etməkdə şübhəli bilinən Zaqatala şəhər sakinləri Süleyman Davudov, Natiq İsmayılov və Şahin Harunov tutulublar
04.07.2017İyun ayının 26-da Zaqatala rayonunun Yuxarı Tala kəndindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 1200 ABŞ dolları və 8.000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Süleyman Davudov, Natiq İsmayılov və Şahin Harunov tutulublar.