Masallı rayonunun Xıl kənd sakini, azyaşlı Zamiq Baxışov yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb
04.07.2017İyun ayının 27-də saat 13 radələrində Masallı şəhəri ərazisində Cəlilabad rayon sakini Vüsal Ağayev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Xıl kənd sakini, azyaşlı Zamiq Baxışovu vurub. Xəstəxanaya yerləşdirilən uşaq iyulun 4-də orada ölüb.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.