Masallı rayonunun Sərçuvar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29.06.2017İyunun 29-da saat 6 radələrində Masallı rayonunun Sərçuvar kəndi ərazisində Xıl kənd sakini Elmin Bayramovun idarə etdiyi "VAZ-2106" markalı və Beyləqan rayon sakini Bəhruz Qafarovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə E.Bayramov və sərnişinlərindən - anası Reyhan hadisə yerində ölüb, qardaşı Mahir, habelə B.Qafarovun sərnişini, Mehdi Hüseynov xəstəxanaya yerləşdirilib, Mahir orada ölüb, Mehdinin vəziyyəti isə ağırdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.