Kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu, 2 ədəd kustar üsulla hazırlanan xəncər və 1 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb
29.06.2017Sabunçu RPİ 42-ci PB əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Mirələsgər Babayevə məxsus yardımçı otağa baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu, 2 ədəd kustar üsulla hazırlanan xəncər və 1 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.