Şamaxı şəhəri ərazisindən E.Şirəliyevə məxsus avtomobili qaçıran E.Qəribov saxlanılıb
22.06.2017İyunun 21-nə keçən gecə Şamaxı şəhəri ərazisindən şəhər sakini Elşad Şirəliyevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.
Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən avtomobil iyunun 22-də şəhərin N.Nərimanov küçəsində tapılıb və hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Elçin Qəribov saxlanılıb.