Saatlı rayonu ərazisində “Shacman” markalı avtomobillə yolu velosipedlə keçən rayon sakini E.Əliyev vurulub
22.06.2017İyunun 22-də saat 18 radələrində Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisində Tovuz rayon sakini Faiq Budaqov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu velosipedlə keçən kənd sakini Emin Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.