Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən şəhər sakini Oqtay Şirinov tutulub

15.06.2017

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Sarvan Qayıbova məxsus "Kranex" markalı traktordan akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Şirinov tutulub.
Ətrafında aparılan tədbirlərlə onun yanvarın 26-dan martın 10-dək olan müddətdə Kimyaçılar qəsəbəsi ərazisində Sumqayıt Telekommunikasiya Qovşağına məxsus 103 metr rabitə kabelini və Stansiya Sumqayıt qəsəbəsinin ərazisində şəhər telekommunikasiya qovşağına məxsus 65 metr elektrik kabelini, habelə bir nəfərə məxsus evdən 1300 manat pul oğurlaması da  müəyyən edilib.

15.06.2017 tarixinə olan kriminal məlumatlar