Azad Allahverdiyevin evinə baxış zamanı oradan 405 qr marixuana, kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb
15.06.2017Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Azad Allahverdiyevin şəhər ərazisində yaşadığı evə baxış zamanı oradan 405 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.