Quba şəhərində yol-nəqliyyat hadisəsi
05.06.2017İyunun 5-də saat 13 radələrində Quba şəhərində rayon sakini Araz Bədəlov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən həmyerlisi Füzuli Çərkəzovun idarə etdiyi “VAZ-2170” markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilən F.Çərkəzov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.