Gəncə şəhəri ərazisində “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini S.Abdullayeva vurulub
05.06.2017İyunun 5-də saat 21 radələrində Gəncə şəhəri ərazisində Samux rayon sakini Vasif Hümbətov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Səidə Abdullayevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.