Lənkəran şəhər sakini Yalçın Muradovun evinə baxış zamanı oradan narkotik vasitələr götürülüb
02.06.2017Daxil olan məlumat əsasında Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Yalçın Muradovun evinə baxış zamanı oradan 197,676 qram heroin, 635 qram tiryək, 9,336 qram metamfetamin və 116,28 qram marixuana, habelə həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 43 ədəd çətənə kolları aşkar edilərək götürülüb.