Kultivasiya yolu ilə yetişdirilən 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb
02.06.2017Daxil olan məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qızılqaya kənd sakini Məhəbbət Orucova məxsus həyətyanı sahədəki yardımçı tikilidə yeznəsi, Gəncə şəhər sakini Sahib Camalov tərəfindən dibçəklərdə kultivasiya yolu ilə yetişdirilən 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.