Mayın 8-də Bakı şəhər sakini N.Bədirxanovanın avtomobilindən pul və planşet oğurlamaqda şübhəli bilinən T.Hüseynov tutulub
11.05.2017Nərimanov RPİ 17-ci PB və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 8-də Bakı şəhər sakini Nigar Bədirxanovanın “Nissan” markalı avtomobilindən 1000 manat pul və planşet oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Tural Hüseynov tutulub. Ətrafında aparılan tədbirlərlə onun martın 25-də daha bir avtomobildən noutbuk və planşet oğurlaması da müəyyən edilib.