Bakı şəhər sakini E.Ömərovun avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən Astara rayon sakini S.Əhədov tutulub
11.05.2017DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 10-da Bakı şəhər sakini Elçin Ömərovun “VAZ-2106” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əhədov tutulub. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində bir evdən pul və geyim əşyaları oğurlaması və daha bir avtomobildən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.