Bakı şəhər sakini E.Muradovaya zor tətbiq edərək pul qabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən A.Məcidov tutulub
11.05.2017Mayın 10-da Binəqədi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Elnarə Muradovaya zor tətbiq edərək içərisində 50 manat olan pul qabısını soyğunçuluq yolu ilə alıb.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Aqil Məcidov Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.