Gəncə şəhərində yaşayan Sədrəddin Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən Yevlax rayon sakini Səbuhi Camalov tutulub
01.05.2017Cari il aprelin 29-da Gəncə şəhərində yaşayan Sədrəddin Qurbanov evində infarktdan ölüb.
Araşdırmalar zamanı S.Qurbanovun həmin gün şəhər ərazisində Yevlax rayon sakini Səbuhi Camalov tərəfindən münaqişə zəminində yumruqla döyülməsi nəticəsində sol döş qabırğalarının sınmasından aldığı xəsarətlərdən evində ölməsi müəyyən edilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Camalov tutulub.Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.