Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Elçin Əsgərov tutulub
01.05.2017Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-dən aprelin 13-dək olan müddətdə şəhər ərazisindəki 5 həyətyanı sahədən velosiped, 125 metr elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Elçin Əsgərov tutulub.