Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Su quyusundan silah-sursat aşkar edilərək götürülüb

18.04.2017

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 42-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən bir neçə gün əvvəl yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxladığı üçün tutulan Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun ətrafında daxil olmuş əməliyyat məlumatı əsasında əlavə əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Bu zaman onun yaşadığı evin həyətindəki su quyusundan nömrəsi silinmiş "Makarov" markalı tapança, lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd "F-1" qumbarasının alışqanı, 151 ədəd avtomat patronu, 7 ədəd giliz, 1 ədəd beşbarmaq, kustar üsulla hazırlanmış 6 ədəd bıçaq, 1 qılınc, 1 ədəd bıçaq qabı aşkar edilərək götürülüb.

Tapılan silah-sursat müayinə edilməsi üçün Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinə göndərilib.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının aprelin 13-də həyata keçirdikləri əməliyyat zamanı saxlanılan Ə.Cabbarovun yaşadığı evin həyətində istifadə olunmayan tikilidən 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli “Karabin” markalı tüfəng, "RQD”-5 əl qumbarası və AK 74 avtomatına məxsus süngü bıçağı aşkar olunaraq götürülmüşdü.
DİN vətəndaşlara bir daha müraciət edərək bildirir ki, əllərdə qanunsuz saxlanılan odlu silah-sursat və partlayıcı maddələr könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.