Qazax şəhərində yol-nəqliyyat hadisəsi
18.04.2017Aprelin 18-də saat 22 radələrində Qazax şəhərində Naxçıvan şəhər sakini Atamoğlan Cəfərsoy idarə etdiyi “Mitsubishi” markalı avtomobili yolun kənarında dayanan rayon sakini Elmir İsmayılova məxsus “Opel” markalı avtomobilə vurub. Nəticədə E.İsmayılovun sərnişinlərindən arvadı Səadət hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Qazax RPŞ tərəfindən araşdırma aparılır.