Gün ərzində 130 cinayət faktı qeydə alınıb
14.04.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 130 cinayət faktı qeydə alınıb, onların da 47-si “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər tutulub.