Yardımlı rayon sakini Yavər Azadovdan 14,47 kq tiryək götürülüb
14.04.2017Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Yavər Azadovdan 14 kiloqram 470 qram tiryək götürülüb.