Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Qobu qəsəbə sakinləri Ağaverdi Rəhimov, Asif Həsənov, Zamiq İslamov, Tariyel Sadıqov və Cavid Novruzov tutulublar

09.04.2017

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də rayon ərazisindəki evlərdən birinin həyətinin darvazasını sökərək oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri Ağaverdi Rəhimov, Asif Həsənov, Zamiq İslamov, Tariyel Sadıqov və Cavid Novruzov tutulublar.  Ətraflarında aparılan tədbirlərlə onların aprelin 2-dən 7-dək olan müddətdə rayon ərazisində 3 evdən məişət əşyaları, 6 ədəd plastik qapı, generator, təmir-tikinti alətləri, elektrik naqili, 3 daş karxanasından transformatorun mis naqillərini, elektrik naqili və su mühərriki, tikinti materialları və elektrik avadanlıqları, 1 restoranın həyətindən  5 ədəd mühərrik, elektrik avadanlıqları, təmir-tikinti alətləri, 1 fermadan və vaqon tipli yardımçı təsərrüfatdan 250 metr dəmir boru oğurlamaları da müəyyən edilib.