Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Elmir Hümbətov tutulub
09.04.2017Abşeron RPİ Mehdiabad PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 5-də qəsəbə ərazisindəki evlərdən birindən 300 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Hümbətov tutulub. Ətrafında aparılan tədbirlərlə onun daha 4 evdən elektrik avadanlıqları və naqili oğurlaması da müəyyən edilib.