Təqsirləndirilən şəxs qismində saxlanılan Etibar Məmmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun gizlətdiyi tapança aşkar edilərək götürülüb
05.04.20172016-cı il mayın 12-dən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan Etibar Məmmədovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Qaradağ RPİ 10-cu PB və İstintaq Təcridxanası əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində borunun içərisində gizlətdiyi kisəyə bükülmüş "Olympic" markalı tapança aşkar edilərək götürülüb.