Ov tüfəngindən atəş açaraq qonşu həyətdə yaşayan qohumu Malik Zalova xəsarət yetirmiş Beyləqan şəhərində yaşayan Nadir Mirzəyev tutulub
05.04.2017Aprelin 5-də Beyləqan şəhərində yaşayan Nadir Mirzəyev münaqişə zəminində evinin pəncərəsindən ov tüfəngindən atəş açaraq qonşu həyətdə yaşayan qohumu Malik Zalovun qol nahiyəsinə xəsarət yetirib.
M.Zalov xəstəxanaya yerləşdirilib.
N.Mirzəyev Beyləqan RPŞ əməkdaşları tərəfindən tutulub.Araşdırma aparılır.