Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən Tural Abbasov, Gəncə şəhər sakinləri Ülvi Əliquliyev və Osman Həsənov digər cinayət əməlləri də müəyyən edilib

15.03.2017

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Tural Abbasovun ətrafında Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən il iyulun 11-də Gəncə şəhər sakinləri - əvvəllər məhkum olunmuşlar Ülvi Əliquliyev və Osman Həsənovla birgə şəhər ərazisindəki evlərdən birindən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.
Görülən tədbirlərlə Ü.Əliquliyev və O.Həsənov da tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların ötən il oktyabrın 16-dan cari il fevralın 4-dək olan müddətdə şəhər ərazisində 6 avtomobildən oğurluq etmələri də müəyyən edilib.

15.03.2017 tarixinə olan kriminal məlumatlar