Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yol-nəqliyyat hadisəsi
15.03.2017Martın 15-də saat 9 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Elvin Əliyev idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən qəsəbə sakini Esmira Musayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.