Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Quba rayonunun Çiləgir kənd sakini Zabit Hacıyevin törətdiyi digər cinayət əməli də müəyyən edilib

06.03.2017

Fevralın 8-də Quba rayon sakini Aqil Ələkbərova məxsus yardımçı təsərrüfatdan məişət əşyaları oğurlamaqda şübhəli bilinən Çiləgir kənd sakini, əvvəllər məhkum olunmuş Zabit Hacıyev Quba RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Araşdırmalar zamanı onun 2010-cu il dekabrın 5-də qardaşı Bəhmanın qol və ayaq nahiyələrinə tüfəngdən atəş açaraq yüngül xəsarət yetirməsi də müəyyən edilib.

RPŞ əməkdaşları tərəfindən B.Hacıyevin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan "TOZ-B" markalı ov tüfəngi, 12 ədəd patron, 1 qutu barıt aşkar edilərək götürülüb.

06.03.2017 tarixinə olan kriminal məlumatlar