Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini İzmir Əliyevin digər cinayət əməlləri də müəyyən edilib
06.03.2017Kəpəz RPİ-nin əməkdaşları tərəfindən fevralın 25-də Gəncə şəhəri ərazisindəki evlərdən birindən su mühərriki oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İzmir Əliyev tutulub. Ətrafında aparılan tədbirlərlə onun fevral ayı ərzində daha 3 evdən su mühərriki və elektrik naqili oğurlaması da müəyyən edilib.