Salyan rayonunun Yenikənd kəndində yol-nəqliyyat hadisəsi
14.02.2017Fevralın 14-də saat 19 radələrində Salyan rayonunun Yenikənd kəndində müəyyən edilməyən avtomobillə yolu keçən kənd sakini Şəhriyar Əliyev vurulub.
Baş Dövlət Yol Polis İdarəsi, Salyan RPŞ və Rayon Mühafizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Moskviç" markalı avtomobilin sürücüsü, kənd sakini Sadil Süleymanov tutulub.