Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Biləsuvar rayon sakini Rəsul Nəbiyev, Bərdə rayon sakini Pərviz Nəbiyev, Sabirabad rayon sakini Rasim Qasımov və Ağcabədi rayon sakini Şükür Əliyev tutulublar

14.02.2017

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Bakı şəhər sakini Ruhin Cəfərova məxsus "ZİL" markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Rəsul Nəbiyev, Bərdə rayon sakini Pərviz Nəbiyev və Sabirabad rayon sakini Rasim Qasımov tutulublar.
R.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun fevralın 9-da Ağcabədi rayon sakini Şükür Əliyevlə birgə paytaxt ərazisində "Kamaz" markalı avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə Ş.Əliyev də tutulub.

14.02.2017 tarixinə olan kriminal məlumatlar