Gün ərzində 89 cinayət faktı qeydə alınıb
11.02.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 89 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər yaralanıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər tutulub.