Oğurluq etdiklərinə görə tutulan Mahir Bayturayevin və Fuad Mustafayevin digər cinayət əməlləri də müəyyən edilib
11.02.2017Oğurluq etdiklərinə görə fevralın 9-da tutulan Mahir Bayturayevin və Fuad Mustafayevin ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Nizami RPİ 24-cü PB, Xətai RPİ 34-cü PB və Sabunçu RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin ötən dövründə Nizami, Xətai və Sabunçu rayonları ərazilərindəki 6 yaşayış binasının girişlərindən və 4 evin həyətindən ümumilikdə 28 su sayğacını oğurlamaları da müəyyən edilib.