Soyğunçuluqda şübhəli bilinən Yardımlı rayon sakini Vüsal Şahbazov, Masallı rayon sakini Yaşar Heydərov və Laçın rayon sakini Nağı Hümbətzadə tutulublar
06.02.2017Fevralın 6-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 3 nəfər naməlum şəxs Bakı şəhər sakini Fərid Zeynalova zor tətbiq edərək soyğunçuluq yolu ilə 55 manat pulunu alıb.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini Vüsal Şahbazov, Masallı rayon sakini Yaşar Heydərov və Laçın rayon sakini Nağı Hümbətzadə tutulublar.