Atomobil qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini Kamran Hüseynov, Ağsu rayon sakinləri Fariz Qavrilov və Rəcəb Rəsulov tutulub
06.02.2017Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də paytaxtın Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Bəyim Qafarovaya məxsus "Mercedes" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Hüseynov, Ağsu rayon sakinləri Fariz Qavrilov və Rəcəb Rəsulov tutularaq Yasamal RPİ 27-ci PB-yə təhvil verilib.
K.Hüseynovun və F.Qavrilovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onların həmin gün Yasamal rayonu ərazisindəki 1 avtomobildən 150 manat və 50 ABŞ dolları pul oğurlamaları da müəyyən edilib.