Gün ərzində 77 cinayət faktı qeydə alınıb
02.02.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 77 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.