Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayonu ərazisindəki 2 mağazadan oğurluq törətməkdə şübhəli bilinən 2 nəfər tutulub, 3 nəfər isə müəyyən edilib

02.02.2017

Goranboy RPŞ və Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr ayı ərzində Goranboy rayonu ərazisindəki 2 mağazadan pul, tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakinləri Arzu Əsgərli və Elsevər Səfərzadə tutulub, daha 3 nəfər isə müəyyən edilib.

A.Əsgərlinin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun ötən ilin iyun ayında Şəmkir rayon sakini Anar Quliyevə məxsus "Niva" markalı avtomobili soyğunçuluq yolu ilə alması, cari il yanvarın 20-də isə Qubad Əfkərova məxsus mağazadan pul, tütün məmulatı və müşahidə kamerasının yaddaş qurğusunu oğurlaması da müəyyən edilib.

02.02.2017 tarixinə olan kriminal məlumatlar