Gün ərzində 94 cinayət faktı qeydə alınıb
31.01.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 13 nəfər yaralanıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər tutulub.