Mənşəyi məlum olmayan və hissələrə bölünmüş 430 kq ət məhsulu götürülüb və ekspertizadan keçirilməsi üçün Dövlət baytarlıq Xidmətinin laboratoriyasına təhvil verilib
31.01.2017DİN-in Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət baytarlıq nəzarəti Xidməti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ağcabədi rayon sakini Sultan Niyazovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan mənşəyi məlum olmayan və hissələrə bölünmüş 430 kiloqram ət məhsulu götürülüb və ekspertizadan keçirilməsi üçün Dövlət baytarlıq Xidmətinin laboratoriyasına təhvil verilib.