Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Subartezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri kəsərək oğurlamaqda şübhəli bilinən Tərtər rayonunun Evoğlu kənd sakinləri Səbuhi Əliyev və Xalid Tağıyev tutulublar

30.01.2017

Yanvarın 27-də Tərtər rayonunun Evoğlu kəndində Rayon Mexaniki Suvarma İdarəsinə məxsus 3 subartezian quyularından müvafiq olaraq 17, 55 və 30 metr elektrik kabelləri kəsilərək oğurlanıb.
Tərtər RPŞ və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakinləri Səbuhi Əliyev və Xalid Tağıyev tutulublar. Onların Soğanverdilər, Şahvəlilər, Xanərəb, Dəymədağlı, Hacalı-2, Mehdixanlı və Tağılar kəndələri ərazilərindəki subartezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri kəsərək oğurlamaları da müəyyən edilib.