Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Füzuli rayon sakini Məlahət Vəliyeva ölmüşdür
30.01.2017Ötən il dekabrın 27-də Yasamal rayonu ərazisindəki Kənar dairəvi yolda Lənkəran rayon sakini Boyli Məlikzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Məlahət Vəliyevanı vurub. Xəstəxanaya yerləşdirilən M.Vəliyeva yanvarın 9-da orada ölüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.