Gün ərzində 89 cinayət faktı qeydə alınıb
28.01.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 89 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər tutulub.