Göygöl rayon sakini N.Quliyevaya qarşı quldurluq etməkdə şübhəli bilinən qrupun üzvləri tutulublar
28.01.2017Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 25-də rayon sakini Naibə Quliyevanın qızıl üzüyünü, sırğasını və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən qrupun üzvləri - rayon sakini Aytəkin İsmayılzadə və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Qurbanov tutulublar.