Nəsimi rayonunun Tbilisi prospektində iki şəxs 10 ədəd dəmir barmaqlıqları oğurlayaraq avtomobilə yükləyərkən saxlanılıblar
28.01.2017Yanvarın 28-də saat 05 radələrində Nəsimi rayonunun Tbilisi prospektində Kürdəmir rayon sakini Fərdi Dadaşov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Musayev 10 ədəd dəmir barmaqlıqları oğurlayaraq "İsuzu" markalı avtomobilə yükləyərkən Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 20-ci PB-yə təhvil veriliblər.