Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu ərazisində Biləsuvar rayon sakini E.Eyvazovu döyən və pnevmatik tapançadan açdığı atəşlə baş nahiyəsinə xəsarət yetirən S.Sahalıyev tutulub

23.01.2017

Yanvarın 23-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində Seymur adlı şəxs xuliqanlıq zəminində Biləsuvar rayon sakini Eldəniz Eyvazovu döyüb və pnevmatik tapançadan açdığı atəşlə baş nahiyəsinə xəsarət yetirib. E.Eyvazova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Seymur Sahalıyev tutulub, hadisəni törədərkən istifadə etdiyi "MP 654 K" markalı pnevmatik tapança götürülüb.

23.01.2017 tarixinə olan kriminal məlumatlar