İsmayıllı rayonunun Qalacıq kəndində yol-nəqliyyat hadisəsi
23.01.2017Yanvarın 23-də saat 16 radələrində İsmayıllı rayonunun Qalacıq kəndində Qəbələ rayon sakini Ağamməd Ağammədov idarə etdiyi "QAZel" markalı avtomobili körpünün üzərindən Göyçay çayına aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.
İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.