Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Aylana Hacıyeva tutulmuşdur
05.01.2017Yanvarın 4-də Səbail rayonunun Neftçilər prospektindəki otellərdən birində Səudiyyə Ərəbistanı vətəndaşları Abdullah İbrahim Əlzaidin yaşadığı otaqdan geyim əşyaları və Muhammed Muammar Abdullahın yaşadığı otaqdan 1500 avro dəyərində brilyant qaşlı boyunbağı oğurlanmışdır.
Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aylana Hacıyeva tutulmuşdur.